İlon Mask kriptovalyutalarla bağlı xəbərdarlıq etdi | Banco.az

İlon Mask kriptovalyutalarla bağlı xəbərdarlıq etdi

Tamara Mustafayeva, Banco.az

İlon Mask kriptovalyutaların ümid vəd etdiyini, ancaq investisiya qoyuluşu zamanı ehtiyatlı davranmağın labüd olduğunu söyləyib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Tesla və SpaceX şirkətlərinin sahibi tanınmış milyarder İlon Mask rəsmi Twitter səhifəsindən kriptovalyuta aləmini maraqlandıracaq yeni tvit yayımlayıb. Sözügedən tvitdə deyilir: "Kriptovalyutalar ümid vəd etsə də, investisiya qoyuluşu zamanı ehtiyatlı olun."

Qeyd edək ki, həftənin əvvəlində yayımladığı başqa bir tvitdə 8 may tarixində qonaq olacağı "Saturday Night Live" şousundan bəhs edərək "Dogefather"-i vurğulamışdı. Maskun bu proqramda nədən bəhs edəcəyi isə hazırda xüsusən də investorların gündəm mərkəzindədir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et