İlon Mask iş müsahibəsində namizədlərə hansı sualı ünvanlayır? | Banco.az

İlon Mask iş müsahibəsində namizədlərə hansı sualı ünvanlayır?

Tamara Mustafayeva, Banco.az

Dünyanın ən varlı insanı olan İlon Maskın iş müsahibələrində namizədlərə ünvanladığı sual bəlli olub.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ötən bir il ərzində sürətlə yüksələrək təqribən 280 milyard dollarlıq sərvətə sahib olan Maskın iş müsahibəsi əsnasında namizədlərə üzləşdikləri çətinliklərlə bağlı ünvanladığı ənənəvi sualının olduğu bildirilib.

50 yaşlı milyarder iş adamının müsahibədə iştirak edən namizədlərin hansı təhsil müəssisəsindən məzun olduğu ilə maraqlanmadığı və onları "Üzləşdiyin ən böyük problem hansı olub və öhdəsindən necə gəlmisən" sualına verdikləri cavaba görə dəyərləndirdiyi söylənilir.

"Universitet diplomuna, hətta məktəb attestatına belə ehtiyac yoxdur"

Ən sərfəli kredit üçün müraciət et

Bu sual vasitəsilə namizədlərin yalan danışıb-danışmadığını müəyyən edən Maskın universitet diplomuna əhəmiyyət vermədiyi və problem həll etmə bacarığına görə işçi qəbul etdiyi üçün uğur qazandığı vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et