İlon Mask “Ginnesin Rekordlar Kitabı”na düşüb | Banco.az

İlon Mask “Ginnesin Rekordlar Kitabı”na düşüb

Müəllif - Aida İsaq, Banco.az

“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Banco.az xəbər verir ki, milyarder sərvətinin böyük hissəsini itirməklə dünya rekordunu yeniləyib. Beləliklə, İ.Maskın şəxsi kapitalı bir il ərzində 183 milyard dollar azalıb. Bununla yanaşı milyarder bu qədər zərərə uğramasına baxmayaraq dünyanın ikinci ən zəngin adamı statusunu qoruyur.

Qeyd edək ki, İ.Maskdan əvvəl rekord yapon sahibkar, “Softbank”ın təsisçisi və baş direktoru Masayoshi Sona məxsus olub. O, 2000-ci ildə sərvətinin 58,6 milyard dollarını itirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et