Müəllif: Tamara Mustafayeva, Banco.az
İlon Mask indi də “ChatGPT” ilə rəqabətə hazırlaşır.
Banco.az xəbər verir ki, “Tesla”, “SpaceX” və “Twitter” şirkətlərinin sahibi İlon Mask “OpenAI” tərəfindən hazırlanmış süni intellekt çatbotu “ChatGPT” ilə rəqabət aparacaq yeni laboratoriya yaratmaq üçün süni intellekt tədqiqatçılarına müraciət edib.
Əlaqədar mənbələrdən əldə edilən məlumata görə, Mask “ChatGPT” ilə rəqabət apara biləcək müvafiq komanda yaratmaq üçün “Alphabet” şirkətinin “DeepMind” adlı süni intellekt departamentindən bu yaxınlarda ayrılmış tədqiqatçı İqor Babuşkini işə götürməyə hazırlaşır.
Ancaq Babuşkin Maskın yeni təşəbbüsünü hələ ki, rəsmi olaraq imzalamayıb.
Xatırladaq ki, 3 dekabr 2022-ci ildə İlon Mask rəsmi “Twitter” səhifəsində “ChatGPT” ilə bağlı fikirlərini bölüşmüşdü. O, sözügedən süni intellekt texnologiyasının olduqca möhtəşəm tərtib edildiyini etiraf etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!