İlon Mask bu tarixdə insanların Marsa ayaq basacağından əmindir | Banco.az

İlon Mask bu tarixdə insanların Marsa ayaq basacağından əmindir

Tamara Mustafayeva, Banco.az

Amerikalı sərmayəçi İlon Maskın uzun müddətdir ki, Marsda koloniya yaratmaq xəyalı olduğu hər kəsə məlumdur. Odur ki, SpaceX şirkəti də onun bu xəyalını reallaşdırmaq üçün yenidən istifadə edilə bilən roketlər hazırlamaq məqsədilə işlərinə böyük sürətlə davam edirlər. İnsanların Mars planetinə nə zaman ayaq basacağına dair dəqiq bir tarix bizə bəlli olmasa da, Mask mövzu ilə bağlı öz proqnozunu dilə gətirib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, SpaceX şirkətinin CEO-su İlon Mask sahib olduğu kosmik şirkətin 2026-cı ildə Marsın səthinə insanları endirəcəyindən çox əmin olduğunu söyləyəyərək əlavə edib ki, "Bəxtimiz gətirsə, bu, dörd ilə də baş tuta bilər. Marsa iki il ərzində insansız roket göndərməyi planlaşdırırıq."

Qeyd edək ki, Maskın Mars hədəfinə çatması üçün SpaceX şirkəti "Starship" adlı roketi hazırlayıb başa çatdırmalıdır. Bu roket şirkətin bir dəfəyə 100 nəfərə yaxın sərnişin və yük daşıması məqsədilə hazırlanır. Şirkətin qismən yenidən istifadə edilə bilən Falcon 9 və Falcon Heavy adlı roketlərindən fərqli olaraq sözügedən bu roket tamamilə yenidən istifadə edilə bilən olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: SpaceX ilk dəfə tam heyətlə kosmosa göndərildi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et