İlon Mask amerikalıların su problemini həll edəcək | Banco.az

İlon Mask amerikalıların su problemini həll edəcək

İlon Mask etdiyi yeniliklərlə diqqətləri üzərinə çəkməkdə davam edir. Belə olan halda onun hər bir hərəkəti medianın diqqətindən yayınmır. Beləki, Teslada aparıcı rol oynayan Mask, Flint şəhəri sakinlərinin su problemlərini həll etmək niyyətindədir. Artıq bu mövzu ilə bağlı ştatın meri onunla danışıqlara start verib. Uzun müddətdir köhnə infrastrukturdan əziyyət çəkən ştatın sakinləri bu haqda iş adamına müraciət ünvanlayıblar. O, isə bu mövzuda köməyini əsirgəməyəcəyini bildirib. Layihənin reallaşmasına 55 milyon dollar tələb olunur. Əslində bu işi görməklə Mask həm öz nüfuzunu qoruyur, həm də öz yeni layihələrini reallaşdırmaq yolunda ilkin addımlar atır. Əvvəllər də verilən məlumatlara istinad edərək bildirə bilərik ki, Mask tullantı məhsullarının yerləşdirilməsi istiqamətində araşdırmalar apararaq yeni təkliflər hazırlayıb. Su borularının bərpası isə səsləndiyi qədər asan deyil. Burda çıxan tullantı məhsulları və yeni texnologiyaların tətbiqini nəzərə alsaq deyə bilərik ki, bu Maskın yeni planlarını reallaşdırması yolunda atdığı vacib addımlardan biridir.

Ən sərfəli kredit üçün müraciət et

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et