İlk SMS mesaj hərracda satılıb | Banco.az

İlk SMS mesaj hərracda satılıb

Fransada keçirilən "Aguttes" hərracında dünyada göndərilən ilk sms mesaj satılıb.

CNN" telekanalının məlumatına görə, SMS mesaj NFT formatında 132 680 avroya satılıb.

SMS mesajda "Merry Christmas" mətni olub. Belə ki, 1992-ci ilin 3 dekabr tarixində "Vodafone" şirkətinin mühəndisi Nil Papuort bu mesajı öz həmkarı Riçard Carvisə göndərmişdi.

Anonim qalmaq istəyən alıcı mesajın göndərildiyi orijinal rabitə protokolunu, həmçinin mesajın təsviri olan rəqəmsal çərçivəni alıb.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram