İlk şəffaf ekranlı noutbuk təqdim olunub | Banco.az

İlk şəffaf ekranlı noutbuk təqdim olunub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Mobil Dünya Konqresində dünyanın ilk şəffaf ekranlı noutbuku təqdim olunub.

Banco.az xəbər verir ki, Çin-ABŞ müştərək texnologiya şirkəti “Lenovo” İspaniyanın Barselona şəhərində keçirilən Mobil Dünya Konqresində (WMC) dünyanın ilk şəffaf ekranlı noutbukunu təqdim edib.

Şirkət bu texnologiyanın yaxın 5 il ərzində həyatımıza daxil olmağa başlayacağını proqnozlaşdırır.

“ThinkBook Transparent Display Laptop” şəffaf microLED ekranlı dünyanın ilk noutbuku kimi seçilir. Ekran 1000 nit nominal və 3000 nit maksimum parlaqlıq təklif edir. Ekran arxasında nə baş verdiyini tam görə bilərsiniz.

İstifadə sahələrinə nəzər saldıqda, “Lenovo” bu şəffaf ekranın həkim məntəqələri və otellər kimi sahələrdə istifadə oluna biləcəyini düşünür. Sistemə daxil edilə bilən kamera sayəsində Artırılmış Reallıq (AR) tətbiqlərinin mümkün olacağı da bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram