İlk Amazon Fresh Supermarketi bu ərazidə açıldı | Banco.az

İlk Amazon Fresh Supermarketi bu ərazidə açıldı

Tamara Mustafayeva, Banco.az

Koronavirus pandemiyası ilə birlikdə onlayn alış-verişə tələb artsa da, Amazon şirkəti fiziki mağazaların insanların alış-veriş vərdişinin əsas tərkib hissəsi olduğuna dair inamını vurğulayan cəsur addım atıb. E-ticarət nəhəngi bu gün Los-Anceles şəhərinin Woodland Hills bölgəsində ilk Amazon Fresh supermarketini açıb. Bu, şirkətin Oak Lawn, Schaumburg, Woodland Hills, Naperville, Irvine və North Hollywood bölgələrində açmağı planlaşdırdığı supermarketlər şəbəkəsinə aid birinci mağazadır.

ilk amazon fresh supermarketi

Amazon Fresh mağazalarının sədri Ceff Helblinq bloq məqalələrinin birində sözügedən supermarketlərin ilkin mərhələdə təkcə yerli xalqa 07:00-22:00 aralığında göndəriləcək email vasitəsilə dəvətə əsaslanacaq formada açılacağını bildirib. Vaxt keçdikcə isə açılış saatları və tutum həcmi ilə bağlı ətraflı məlumat veriləcək.

Amazon şirkətinin Whole Foods və Amazon Go mağazalarına sahib olmasına baxmayaraq, belə bir addım atması fərqli müştəri kütləsini hədəfə alan yeni alış-veriş təcrübəsi yaratmaq istədiyini göstərir. 

Bu addım həmçinin Amazon şirkətinin Amerikadakı alış-veriş sferasına hakim olan Walmart kimi şirkətlərlə daha ədalətli rəqabət mühiti yaratmaq taktikasının bir hissəsidir. Qeyd edək ki, Walmart pərakəndə şirkətinin ABŞ-da market satışları üzrə təqribən 26%-lik bazar payına sahib olduğu ehtimal edilir. Məlumatlara görə, Whole Foods mağazalarının bazar payı sadəcə 1.6%, Amazon şirkətinin onlayn fəaliyyətləri də nəzərə alınmaqla cəmi payı isə 4%-dir. Bu isə olduqca aşağı göstərici hesab edilir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Ceff Bezos 3.1 milyard dollarlıq Amazon səhmlərini satdı

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram