Ceff Bezos 3.1 milyard dollarlıq Amazon səhmlərini satdı | Banco.az

Ceff Bezos 3.1 milyard dollarlıq Amazon səhmlərini satdı

Tamara Mustafayeva, Banco.az

Ceff Bezos avqust ayının ilk günlərində 3.1 milyard dollar dəyərindəki 1 milyon ədəd Amazon səhmi satıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, e-ticarət nəhəngi Amazon şirkətinin təsisçisi və CEO-su Ceff Bezos bu ayın ilk bir neçə günü ərzində 3.1 milyard dollarlıq Amazon səhmi satıb.

Bezos vergilər hesablandıqdan sonra təqribən 2.4 milyard dollar əldə edəcək. Xatırladaq ki, milyarderin sonuncu böyük səhm satışı 1.7 milyard dollarlıq göstərici ilə fevral ayında reallaşmışdı.

Forbes nəşrinin proqnozlarına görə, tanınmış milyarderin xalis sərvəti 188.2 milyard dollar dəyərindədir. Dünyanın ən varlı insanı ünvanını heç kəsə verməyən Bezosun bu səhmləri nə üçün satdığı isə məlum deyil.

Qeyd edək ki, Amazon şirkətinin təsisçisi 2017-ci ildə həyata keçirilən kosmik mövzulu konfransların birində "Blue Origin" adlı kosmik kəşfiyyat şirkətini maliyyələşdirmək üçün hər il 1 milyard dollar dəyərində səhm satacağını bildirmişdi. 2018-ci ilin sentyabr ayında isə evsiz ailələrə yardım məqsədilə fəaliyyət göstərən QHT-ləri dəstəkləyən Bezos "Day One" fondu üçün 2 milyard dollar dəyərində ianə vəd etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Açıqlamadan bəri o, sözügedən QHT-lərə təqribən 200 milyon dollar ianə bağışlayıb. Bununla yanaşı, fevral ayında Dünya Fonduna 10 milyard dollarlıq ianə vədi verib.

Həmçinin oxu: Ceff Bezos nə üçün hələ də köhnə avtomobilini idarə edir?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et