İlk 1 milyon dolları qazanmağın 10 gerçək yolu | Banco.az

İlk 1 milyon dolları qazanmağın 10 gerçək yolu

1. Ehtiyatlarınızın həcmini artırın.

Hər bir şirkətin daha çox qazanmaq kimi hədəfi var. Siz də bu prinsipdən istifadə etməlisiniz. Bəzi insanlar öz gəlirlərinin 10-15%-ni ehtiyat kimi ayırır. Milyonçu olmaq üçün bu kifayət deyil. Siz xərcləri kəskin azaltmalı və qazancınızın 50%-dən az olmayan hissəsini qənaət etməlisiniz. Məsələn əgər sizin ailədə iki gəlir mənbəyi varsa, birinin hesabına yaşayıb, digərini yığmağa cəhd edin.

2. Plan tutun  və ona əməl edin.

Siz pulları düzgün yatırım etməyi, inestisiyaları planlaşdırmağı və planlara sadiq qalmağı öyrənməlisiniz. Kütlənin təsirinə məruz qalmamaq  çox vacibdir. Tez-tez alıb satanlar daha az qazanır, nəinki alıb uzun müddət gözləyənlər

3. Öz ehtirasınız üzərindən qazanın

Sizi həqiqətən maraqlandıran və cəlb edən bir məşğuliyyət tapın. Həmin sahədə peşəkara çevrilin. Sevdiyiniz hobbinin sizə gəlir  və zövq gətirməsi qədər gözəl nə ola bilər? Məsələn, Stiv Ells yemək hazırlamağı sevirdi. O, atasından borc alaraq keçik bir restoran açır. Bir ay ərzində o, 1000 burrito (arasında içlik olan fəsəli), bir neçə ildən sonra isə o, Chipotle Mexican Grill restoranlar şəbəkəsini qurur. Əgər nəsə alınmasa nigaran olmayın, sevdiyiniz işlə məşğul olun.

4. İnvestisiya etməyə mümkün qədər tez başlayın

Sərmayə etməyə nə qədər tez başlasınız, bir o qədər də tez qazancaqsınız. Əgər kompaniya sahmləri alıb və dividentləri təkrar yatırım etsəniz (yəni dividentlərə də başqa səhmlər alsanız) bu sizi milyonçu edəcək. Əsas odur ki, fərqli və perspektivli kompaniyalara investisiya edəsiniz. Bunun üçün professionallar ilə məsləhətləşin.

1 milyon qazanmaq üçün nə qədər vaxtın tələb olunduğunu da hesablayabilərsiniz. Məsələn, , illik faiz dərəcəsi 2% olan istiqraz və  ya depozit hesabına hər ay 2000 dollar qənaət edib qoysanız, onda sizə 32 il lazım olacaq, indi 25 yaşınız varsa, 57 yaşında artıq ilk milyonunuz olacaq. Daha tez 1 milyona sahib olmaq istəyirsiniz? Onda daha böyük yatırım edin və ya daha gəlirli alətlər seçin.

5.  Səbrli olun

Seçdiyiniz strategiyadan asılı olmayaraq, böyük məbləğlər qazanmaq üçün sizə uzun müddət lazım gələcək. İnvestisiya – 100 metr məsafəyə qısa qaçış deyil, 42 km məsafəyə uzun marafondur. Hətta ən uğurlu biznes belə bir günə xariqələr yaratmır. İlk milyonu qazanmaq həmişə daha çətindir, amma əvəzində ikincini qazanmaq daha asan olacaq.

6. Daşınmaz əmlaka yatırım edin

Ən sərfəli kredit üçün müraciət et

Bütün zəngin insanlar daşınmaz əmlaka yatırım edir. Əsas odur ki, yeri, inşaatçını və layihəni düzgün seçəsən. Balaca bir mənzil alıb, onu kirayə verməklə və ya qiymətinin bahalaşmasını gözləyib bir az baha satmaqla başlayın. Dövriyyələrinizi artırın.

7.  Status göstərmək üçün pul xərcləməyin

Yalnız axmaq milyarderlər pulu sağa-sola xərcləyə və müflis olana qədər gördüyü hər şeyi ala bilər. Ağıllı zənginlər isə daha sadə həyat tərzi seçir: nə onların evi elit məhəllələrdə yerləşmir, nə onlar elə də bahalı avtomobillər almır, nə də beş ulduzlu otellərdə qalmırlar. Əgər sizin əlinizdə sərbəst vəsait varsa, onları daha çox qazanmaq üçün yatırım edin.

8. Öz sərvətinizi qurun

Böyük pullar qazanmaq üçün heç də super bir biznesmen olmaq gərək deyil. Nizam-intizamli, əməksevər və yaradıcı olmaq da kifayət edir. Kiçik bir şeydən başlayın. Əvvəlcə sizə lazım olmayan əşyaları satmağa çalışın, daha sonra səhmlərə və ya digər bir şeyə yatırım edin.

9. Uğursuzluq haqqında fikirləri uzaq qovun

Özünüzü müvəffəqiyyətə kökləyin amma ağlınızın dumanlanmasına icazə verməyin. Qara fikirlər sadəcə sizə əngəldir.

  • Düşünməyin ki, etdikləriniz əbəsdir.
  • Düşünməyin ki, kiminsə sizə borcu var.
  • Qaytaracaq pulunuz yoxdursa, kredit götürməyin.
  • Əngəllərdən qorxmayın.
  • Sizə pul borcu olan insanları tərk etməyin
  • Həmişə öyrənin.

10. Nəsə kəşf edin

Siz yeni bir məhsul  və ya ximdət yarada bilərsiniz? Çoxlu ideyanız var? Sara Bleykli 29 yaşında ən gənc qadın milyarder olub, sadəcə ona görə ki ağ şalvarların altından rahat geyinilməsi mümkün olan alt paltarları yaradıb. Onun aşağı alt geyimləri Spanx markası altında dünyanın 40-dan çox ölkəsində satışdadır.

Yadda saxlayın ki, insanlara rahat əşyalar və əntiqə xidmətlər lazımdır.

www.entrepreneur.com əsasıdan hazırlanıb.