İlin sonuna kimi rublun məzənnəsi necə dəyişəcək? | Banco.az

İlin sonuna kimi rublun məzənnəsi necə dəyişəcək?

Müəllif - Aida İsaq, Banco.az

Ticarət balansı daraldıqca dolların məzənnəsi ilin sonuna kimi maksimum 67 rubla yüksələcək. 

Banco.az xəbər verir ki, ekspertlər ilin sonuna kimi rublun məzənnəsini bu cür proqnozlaşdırıb. Onların fikrincə, 2022-ci ildə Rusiya valyutası geniş dalğalanmalar nümayiş etdirdi. 2021-ci ilin pandemiya dövründə 74,68 rubl təşkil edən dolların məzənnəsi geosiyasi gərginlik və Rusiyaya qarşı tətbiq olunan sanksiyalar fonunda martın 10-na kimi rekord səviyyəyə – 121,53 rubla yüksəlib.

Rusiya rəhbərliyinin sanksiyalar əleyhinə həyata keçirdiyi tədbirlər sayəsində dollar 2015-ci ilin mayında qeydə alınan minimumu (50,01 rubl) iyunda yeniləyib. Noyabrın əvvəlində ABŞ valyutası 62 rubl səviyyəsində qalmağa meyllidir.

G20 dövlət başçılarının İndoneziyada keçiriləcək görüşü cari məzənnənin taleyində böyük rol oynayacağı gözlənilir. Rusiya prezidenti Vladimir Putinin sammitdə iştirakı rublun məzənnəsinə müsbət təsir göstərə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et