İlin son valyuta hərracının NƏTİCƏSİ | Banco.az

İlin son valyuta hərracının NƏTİCƏSİ

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə cari ilin son valyuta hərracı keçirilib.

Banco.az AMB-ə istinadən xəbər verir ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7001 səviyyəsində formalaşıb.

Qeyd edək ki, AMB bu gün üçün USD/AZN rəsmi məzənnəsini 1,7001 səviyyəsində müəyyən edib.