İlin ilk rübündə qlobal neft tələbində azalma ola bilər | Banco.az

İlin ilk rübündə qlobal neft tələbində azalma ola bilər

Beynəlxalq kredit reytinqi təşkilatı Fitch Ratings, yeni növ koronavirus (Kovid-19) epidemiyası səbəbilə bu ilin ilk rübündə qlobal neft tələbində azalma ola biləcəyini açıqlayıb.

Fitch-in yaydığı açıqlamaya görə, 2021-in ilk rübündə xüsusilə epidemiya ilə mübarizə edə bilmək üçün məhdudiyyətlərin yenidən artırılması nəticəsində Avropa ölkələri daxil bir çox bölgədə qlobal neft tələbində azalma ola bilər.

Açıqlamada, "Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə üzv olmayan bəzi istehsalçı ölkələrdən ibarət OPEC+ qrupunun istehsal siyasətləri və epidemiyanın istiqaməti, bu il qlobal neft qiymətlərində itələyici güc olmağa davam edəcək. Epidemiya səbəbilə tələb hər nə qədər aşağı olsa da, istehsalın azaldılması, bir çox ölkədə peyvəndləmənin başlamasının sərmayəçi optimizmini artırması səbəbilə neft qiymətləri 2020-ci ilin Oktyabr ayından bu yana aşkar bir şəkildə yüksəlib",- deyilir.

Peyvəndləmə proqramları tam olaraq təsirli hala gələnə qədər - 2021-ci ilin ilk yarısına qədər neft qiymətləri üzərində təzyiqin davam edə biləcəyi qeyd edilən açıqlamada, Beynəlxalq Enerji Agentliyinin (IEA) bu ilin ilk rübündə gündəlik orta tələbin 94,1 milyon barel səviyyəsində olmasını gözlədiyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Çində iqtisadi yığışmanın neft tələbini dəstəklədiyi qeyd edilən açıqlamada, neft tələbi üzərindəki itələyici təsirin, əhalinin kritik əhəmiyyətdəki seqmentinin peyvənd edilməsinin tamamlanmasına qədər görülməyəcəyi bildirilib.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et