İlin Bankı öz imic çarxını təqdim etdi | Banco.az

İlin Bankı öz imic çarxını təqdim etdi

Ötən gün Four Seasons otelində Unibank öz partnyorları və mətbuatı bir araya gətirdi. Səbəb isə The Banker tərəfindən Unibankın növbəti dəfə İlin bankı seçilməsi idi. Bank bu titula “ilin ən yaxşı retail bankı” nominasiyasında layiq görülmüşdü.

Tədbirdə çıxış edən bankın CEO-su Cəlal Qasımov, Unibankın son il ərzində əldə etdiyi nailiyyətlərə və maliyyə göstəricilərinə aydınlıq gətirdi. Bankın aktivlərinin 1 milyard dollardan çox olduğunu və növbəti il üçün hədəfin məhz kredit portfelinin də 1 milyardı ötməsi olduğunu qeyd etdi:

"2014-cü ilin 11 ayının sonuna olan nəticəyə əsasən  Unibankın aktivləri 17% artaraq 865 milyon 536 min manata, kredit portfeli də 17% artaraq 696 milyon 895 min manata çatıb”.

İl ərzində Bank filial sayını da artıraraq, 38-ə çatdırıb. Lakin, Cəlal müəllimin sözlərinə görə Bank üçün ən vacib göstəricilərdən biri müştərilərin sayıdır. Bu onlar üçün həm filial sayı, həm də aktivlərdən daha önəmlidir: “Unibank” 710 775 müştəriyə xidmət göstərir. 2014-cü il ərzində Bankın müştərilərinin sayında 37% artım qeydə alınıb. Cari ildə Bankın kredit kartlarının sayı 20% və ya 50542 ədəd artaraq 298 500 ədədə çatmışdır”.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı tədbirdə Bankın yeni imic çarxı təqdim edildi. İmic çarxının məhz bankın marketinq komandası tərəfindən hazırlandığı xüsusi ilə vurğulandı.

Tezliklə hər kəsin bu maraqlı çarxı izləmək fürsəti olacaq.

Daha sonra tədbir iştirakçıları gecənin musiqili qonağı olan Elnarə Xəlilovanın ifasında bir neçə gözəl mahnı və Unibankın korporativ himnini dinlədilər. Bununla da  tədbirin rəsmi hissəsi başa çatdı. 

Ən sərfəli krediti almaq üçün müraciət et