"İlin əvvəlindən qeyri-neft iqtisadiyyatı 1,7%, qeyri neft sənayesi isə 4.4% artıb".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib.
Onun sözlərinə görə, bu il ölkə iqtisadiyyatına 5 mlrd. dollar sərmayə qoyulub. Azərbaycanın valyuta ehtiyatları hazırda 40,6 mlrd. dollar təşkil edir.
"Mövcud iqtisadi sabitlik qorunub-saxlanılmalı, istehlak qiymətlərinə daim nəzarət olunmalı, süni qiymət artımına imkan verilməməlidir", - deyə dövlət başçısı əlavə edib.