İlham Əliyev: "Bank sektorunun sağlamlaşdırılması prosesi sürətləndirilməlidir" | Banco.az

İlham Əliyev: "Bank sektorunun sağlamlaşdırılması prosesi sürətləndirilməlidir"

"Tələblərə cavab verməyən, böyük qüsurları olan banklar Azərbaycanın bank sektorunda fəaliyyət göstərə bilməz. Biz bank sektorunu sağlamlaşdırmalıyıq. Bu proses təəssüf ki, ləng gedir, prosesi sürətləndirməliyik".

Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqrammı”nın icrasının ikinci ilinin yekunlarına  həsr olunmuş konfransda çıxışında Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

Ən sərfəli kredit üçün müraciət et

Dövlət başçısı deyib ki, bank sektoru iqtisadiyyatın real sektorunu daha çox kreditlərlə təmin etməlidir: "Mən göstəriş vermişdim ki, hər bir rayonda sənaye zonası yaradılsın, amma bu proses zəif  gedir. Bu gün konfransın davamında bu məsələ geniş müzakirə olunmalıdır. Bölgələrə investisiya axınını daha çox Azərbaycan dövləti, sahibkarlar təşkil edirdilər. İndi icra hakimiyyətləri daha fəal olmalıdır. Nə qədər iş yeri açılıb, müəssisə yaradılıb, investisiya cəlb edilib? İcra hakimiyyətlərinin fəaliyyətinə buna əsasən qiymət veriləcək".