İl sonuna qədər Azərbaycan neftini nə gözləyir? | Banco.az

İl sonuna qədər Azərbaycan neftini nə gözləyir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Ötən həftə ərzində (23-27 oktyabr) dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 92,952 dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,866 dollar və ya 2,99% azdır.

Banco.az-ın məlumatına görə, həftə ərzində ən yüksək göstərici (I gün) – 95,54 dollar təşkil edib, ən minimal göstərici (II gün) isə 91,71 dollar səviyyəsində olub.

2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” nefti 44,6% bahalaşıb.

Vəziyyəti şərh edən iqtisadçılar hesab edir ki, bahalaşmaya səbəb dünyada baş verən siyasi hadisələr fonunda yaşananlardır.

Hazrda qiymət artımının büdcə daxilolmalarına müsbət təsir etdiyini vurğulayan analitiklərin qənaətinə görə, hməhsulların, texnologiyaların qiymətləri xeyli dərəcədə neft qiymətlərindən daha sürətli artır.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçı ekspert Elşad Məmmədov deyir ki, son illər ərzində dünya iqtisadiyyatında baş verən kəskin inflyasiya o qədər böyük sürət alıb ki, faktiki olaraq bu neft qiymətlərindəki artım onunla ayaqlaşa bilmir. Neft ixracatçılarının kifayət qədər mürəkkəb vəziyyət qarşısında qaldığını vurğulayan ekspert bildirib ki, yaxın aylarda neftin qiyməti bir qədər də artacaq:

"Neftin qiymətlərinin hansı istiqamətdə olmasını proqnozlaşdırmaq çox çətindir. Çünki bura qeyri-iqtisadi amillər də birbaşa təsir göstərir. Amma böyük ehtimalla yaxın aylarda qiymətlərin bir qədər də artmasının şahidi olacağıq. Bu da eyni zamanda həm bütövlükdə dolların alıcılıq dəyərinin azalmasıyla, həm də böyük ehtimalla inflyasiya proseslərinin yaxın aylarda davam etməsi ilə müşahidə ediləcək".

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.

Ən sərfəli krediti almaq üçün müraciət et