İl ərzində sosial şəbəkələrdə populyarlıq qazanan “Zoom” videoları | Banco.az

İl ərzində sosial şəbəkələrdə populyarlıq qazanan “Zoom” videoları

Tamara Mustafayeva, Banco.az

Pandemiyanın başlaması dərsləri, iclasları, idman və bu kimi digər fəaliyyətləri “Zoom” və ya oxşar video-konfrans platformaları vasitəsilə icra etmək yeni vərdişimizə çevrilib. Ötən bir il yarımdan sonra pandemiyanın ilk günlərinə nəzərən evdən işləmə və video-zəng baxımından təkmilləşdiyimizi desək, yanılmarıq. Bununla belə, əksər platformalarda olduğu kimi “Zoom” video-konfransları da maraqlı, gülməli və gözlənilməz anlarsız ötüşməyib. Gəlin bu ilin ən gülməli videolarına birlikdə nəzər salaq:

1. Pişik filtrini söndürə bilməyən vəkil

“Zoom” vasitəsilə qoşulduğu onlayn məhkəmə əsnasında səhvən açdığı “pişik filtri”ni bağlaya bilməyən Texaslı vəkil Rod Rantonun yaşadığı hadisə olduqca maraqlıdır.

2. “Zoom” iclasına sükan arxasından qoşulan siyasətçi

Ohayo ştatının senatoru şəxsi avtomobilini idarə edərkən “Zoom” arxa fonlarından istifadə etməklə iclasa qoşulub. Ancaq iclas əsnasında həm təhlükəsizlik kəmərinin görünməsi, həm də senatın sükan arxasında olduğu üçün istifadə etdiyi sözlər onu ələ verib.

3. Guy Feri və qızardılmış pendir resepti

Amerikalı tanınmış restoran idarəçisi və “Emmy” laureatlı televiziya aparıcısı Guy Fieri-nin Nicole Gallucci ilə evdən həyata keçirdiyi əyləncəli “Zoom” yayımı.

Ən sərfəli kredit üçün müraciət et

4. Səhvən azadlığa buraxılan məhkumun “Zoom” vasitəsilə öz məhkəməsində iştirak etməsi

https://bit.ly/3k1FJLi

Mayamidə bir məhkum səhvən həbsdən azad edilib, daha sonra isə qucağında bir itlə naməlum bir yerdən “Zoom” məhkəməsində peyda olub. Belə ki, sənədləşmə əsnasında yol verilən bir səhvə görə həbsxana gözətçiləri tərəfindən səhvən Eduardo Cabana Orama adı ilə azadlığa buraxılan məhkum polislərin hər yerdə onu axtarmasına baxmayaraq gözlənilməz anda və yerdə qarşılarına çıxıb.

5. Jason Sudeikis və rəngbərəng sviteri

Amerikalı aktyor və komediya ustası Jason Sudeikis “Qızıl Qlobus” mükafatlandırma mərasimində təkcə sənətinə görə deyil, həm də geyindiyi rəngbərəng sviterə görə də mükafata layiq görülüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et