İKT sahəsində havaya sovrulan qrantlar - ARAŞDIRMA | Banco.az

İKT sahəsində havaya sovrulan qrantlar - ARAŞDIRMA

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yarandığı gündən ölkədə İKT sahəsində güclü potensialı olan layihələrin nəhayət maliyyələşdirilməsi və bu sahənin inkişaf etdirilməsi gözləntiləri böyük idi.

Əsasnaməsindən də göründüyü kimi, fondun məqsədi ölkədə İKT sahəsində sahibkarlığın inkişafı və onun maliyyə dəstəyi ilə təmin edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, layihələrin səmərəliliyi və vacibliyi haqqında xarici mütəxəssislərlə birgə araşdırmalar aparmaq, layihələrin çevikliyini təmin etmək və birgə layihələri idarə etmək üçün tövsiyələr verməklə, intellektual biznesin inkişafına təkan verməkdən ibarətdir.

“Report” fond tərəfindən keçirilən qrant müsabiqəsinin qalibi olan layihələrin həyata keçirilməsinin hansı səviyyədə olduğunu araşdırıb.

Qeyd edək ki, 2015-ci ildə elan olunmuş ikinci qrant müsabiqəsi çərçivəsində 129 layihə qəbul olunub, 30 layihənin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib. Ümumilikdə, layihələrin həyata keçirilməsinə 300 min manatdan yuxarı vəsait ayrılıb.

Araşdırma zamanı həyata keçirilmə səviyyəsi yoxlanılan bütün layihələrin qeyri-işlək vəziyyətdə olduğu üzə çıxıb:

“tacirlink.az” layihəsi. 

10 min manat ayrılan layihənin məqsədi ölkədə e-ticarət və onlayn ödəniş xidmətlərinin stimullaşdırılması və geniş istifadəsinə nail olmaq üçün biznes subyektlərini və istehlakçıları onlayn rejimdə birləşdirən elektron ticarət şəbəkəsi yaratmaqdır. Hazırda həmin sayt elan olunduğu formada fəaliyyət göstərmir və daxil olduqda saytın natamam olduğu məlum olur...

 

SoSmart layihəsi.

SoSmart yerindən və vaxtdan asılı olaraq telefonu avtomatik səssiz və ya vibrasiya rejimlərinə keçirən bir mobil tətbiq olmalı idi. Bu layihə üçün 10 min manat vəsait ayrılıb. Vəsait ayrılımasından 9 ay keçməsinə baxmayaraq, mobil tətbiq hələ də hazırlanmayıb. Araşdırma nəticəsində “Sosmart” adlı başqa məqsədlə işləyən mobil tətbiqə rast gəldik, bu isə avtomobil qəzasını müəyyən edən “Sosmart SPA” şirkətinin xidmətidir.

Whatto layihəsi.

Whatto qarderobu bir yerə toplayan və nə geyinməyi təklif edən mobil tətbiq olmalı idi. 10 min manat ayrılan bu layihənin də mobil tətbiqi hələ də fəaliyyət göstərmir.

Qeyd edək ki, SoSmart və Whatto layihələri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistrantı Zülfüqar İsmayılzadə tərəfindən təqdim olunmuşdu və layihələrinin reallaşdırılıması işləri universitetin İnnovativ Biznes İnkubatorunda həyata keçirilməli idi...

MUZEYCARD layihəsi.

Bu layihə Bakıda yerləşən muzeylərin şəbəkəyə birləşdirən bir kart sisteminin və proqram təminatının yaradılmasını və satışını nəzərdə tutur. Daha doğrusu tuturdu. 10 min manatlıq qrant layihəsinin aqibəti ilə bağlı maraqlanmaq üçün ümumiyyətlə əlaqələndirici şəxs tapılmadı.

Sizinmarket.az layihəsi.

“Sizinmarket.az” adı altında Vahid Elektron Ticarət Mərkəzinin və Elektron biznes platformasının (aqreqatorun) yaradılması planlaşdırılırdı. 10 min manat ayrılan bu layihənin icrasına başlanmasından (?) 9 ay keçməsinə baxmayaraq sayt fəaliyyət göstərmir.

Sizinmarket.az hazırda Facebook səhifəsi kimi işləyir, texnologiya və ticarətlə bağlı müxtəlif xəbərlər paylaşılır.

investbaku.az layihəsi.

Bakı Şəhərinin İnvestisiya Portalı layihəsi Bakı şəhərinə, yerli və xarici investorların cəlb edilməsi yönündə yerli və xarici investorların hər hansısa bir regionda investisiya mühitinin əlverişliliyi, investisiya imkanları, prioritet sahələr və digər bu kimi mövzulara aid tam dolğun informasiya verərək, Bakı şəhərindəki investisiya imkanlarına aid peşəkar konsultasiya xidmətləri göstərməyi nəzərdə tutan veb portal və həmin portalın mobil tətbiq layihəsi kimi nəzərdə tutulub. 12 min manat ayrılan bu layihənin portalı natamam fəaliyyət göstərir, məlumatlar köhnədir və yenilənmir.

StayTuned.az layihəsi.

Bu mobil əyləncə bələdçisi Azərbaycanın İKT bazarında tam dolğun və mükəmməl əyləncə-informasiya bələdçisi kimi təqdim olunmalı idi. 10 min manat ayrılan bu layihənin də portalı fəaliyyət göstərmir.

Getonline.az layihəsi.

Təqdimatından göründüyü kimi, sayt internet istifadəçilərinə müxtəlif təyinatlı ixtisaslaşdırılmış mağaza, kafe, restoran və sair xidmət sektorlarında çalışan ticarət obyektlərinin, xidmətlərindən bir sayt üzərindən faydalanmaq imkanı verməlidir. 12 min manat ayrılan layihənin portalı fəaliyyət göstərmir, domen sahibinin nömrəsi isə ümumiyyətlə təyin olunmayıb.

Qısa araşdırmanın əhatə etdiyi bu 8 layihənin maliyyələşdirilməsi üçün 82 min manat ayrılıb, lakin heç biri istifadəçilərin ixtiyarına verilməsi üçün hazır vəziyyətdə deyil.

Bu günlərdə isə Fond növbəti qrant müsabiqəsinin qaliblərini elan edib, 29 layihəyə ümumilikdə 395 min AZN qrant vəsaiti ayrılıb.

İkinci müsabiqədən fərqli olaraq, bu ay elan olunan qalib layihələrin məqsədi və təsviri belə verilməyib.

Layihənin adı

Məbləğ

1

Science Publishing Support

14 000

2

VRoom

15 000

3

tagWishes

14 000

4

MISGAR.AZ

15 000

5

WeCare

16 000

6

Shopster

12 000

7

İntelektual Multi bələdiçi

15 000

8

"E-cəmiyyətə sən də qoşul"

15 000

9

Öyrən, Tətbiq et, Qazan

15 000

10

"Media-info"

18 000

11

Profitable Trader

12 000

12

TechSOS

14 000

13

Wand

12 000

14

Hüquq.Online

14 000

15

Rəqəmsal ekspertiza laboratoriyasının qurulması

15 000

16

Azerbaijan Travel Guide

14 000

17

Comfortab

10 000

18

MyStyle

10 000

19

Startup.az

15 000

20

www.hmc.az

12 000

21

Texnologiyaların transferi mexanizminin təkmilləşdirilməsində veb resurlarının işlənilməsi və tətbiqi

12 000

22

İELTS öyrənək

12 000

23

"Ana dilinin tədrisi" layihəsi

18 000

24

Smart Keyboard

12 000

25

Aqromarketing

10 000

26

ObaNatur elektron sifariş-təchizat sisteminin qurulması

15 000

27

www.enjoymingo.az

12 000

28

Magic Words

15 000

29

Futbolçuları qeydiyyat sisteminə innovativ əlavələr

12 000

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et