İkinci rüb dövlər qiymətli kağızlar bazarında keçən rübdən 346 mln çox yəni 798 mln sayda əqd bağlanıb, onların ümumi dəyəri isə 6 mlrd manatdan çox olub. Bazarda ən yüksək mövqeyi Mərkəzi Bankın notları tutub belə ki, onların dəyəri 5 mlrd 542 mln yəni 92%, dövlət istiqrazlarının dəyəri isə 465 mln yəni 8% olub.
Dövlət istiqrazlarına gəldikdə isə ən çox əqd sayı ilkin bazarda olub onların ümumi məbləği 386 mln, təkrar bazarda isə 79 mlndur. Mərkəzi bank isə keçən rüb 2 mlrd 411 mln manatdan çox not buraxsa da, bu rüb onların sayı 130% artaraq 5 mlrd manatdan çox olub.
Repo və əks/repo ilə əməliyyatlara nəzər yetirsək ikinci rüb 466 mln manata yaxın əməliyyat baş tutub. Keçən rüb Mərkəzi bankın notları ilə repo və əks/repo əməliyyatı bazarda çoxluq təşkil etsə də (120 mln manat), bu rüb dövlət istiqrazları ilə repo və əks/repo əməliyyatı daha üstünlük təşkil edir. (260 mln manat)