İki əsr sonra peyda olan sənət əsərləri | Banco.az

İki əsr sonra peyda olan sənət əsərləri

Müəllif: Tamara Mustafayeva, Banco.az

Görkəmli rəssam Rembrandtın iki yeni əsəri üzə çıxıb.

Banco.az xəbər verir ki, Amsterdamdakı Reykmüzyem muzeyi əfsanəvi Rembrandtın iki kiçik portretini təqdim edib.

1635-ci ildə çəkilmiş, təxminən səkkiz düym uzunluğundakı rəsm əsərləri rəssamın indiyə qədər yaratdığı ən kiçik rəsmi portretlərdir.

İki əsr ərzində itkin olan əsərlər Rembrandtın ailəsi ilə sıx bağlı olan Jan və Yaapgenin qeyri-adi detallı və səmimi portretləridir. Leydenli olan varlı inşaatçı və santexnik olan Jan və arvadı Yaapgen, xüsusən də Rembrandtın qohumu Korneliya Kornelisdr van Suytbroeklə evlənən oğulları Dominikus vasitəsilə Rembrandtın həyatına daxil olmuşdular.

Ehtimal olunur ki, bu ailə bağı Rembrandtı belə detallı portretləri yaratmağa ilhamlandırıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Holterman ailəsinin bu il satın aldığı portretlər Reykmüzyemdə nümayiş olunmaq üçün uzunmüddətə verilib. 13 dekabr 2023-cü il tarixindən etibarən isə bu itirilmiş əsərlər bütün ziyarətçilərin üzünə açılmışdır.

Xatırladaq ki, hollad rəssamlığının qızıl dövrünün görkəmli nümayəndəsi, incəsənətin parlaq ulduzu olan Rembrant qeyri-adi istedadı, əsərlərinin dərinliyi ilə sənət aləmində özünəməxsus iz qoyub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram