Hər canlı həyatında streslə qarşı-qarşıya gəlib. Yaşadığımız dövrdə isə stres bizim həyatımızın bir parçası halına gəlib. Kimiləri stresdən qaçmağa çalışır, kimiləri isə onunla mübarizə etməyə çalışır. Bəzi insanlar da stresi qəbul edib, onu özünü inkişaf etdirmək üçün istifadə edər. Dr. Abraham Twerski adlı bir psixoloq, hər nə qədər dini inancına görə tənqid edilsə də, çox dərin analiz qabiliyyəti mövcuddur.
Dr. Abraham Twerski bu videoda stresə qarşı mübarizə edilməsi üçün nələrin edilməsini və insanlar stresdən istifadə edərək necə inkişaf edəcəyini bizlərə izah edir. Onun dediyi kimi bəlkə də, stresdən qaçmaq yerinə onu qəbul edib öz xeyrinə istifadə etmək daha məsləhətlidir.
Həssas bir canlı olan xərçəng öz böyüməyən sərt qabığı ilə yaşayır. Xərçəng böyüdükcə böyüməyən sərt qabığının içində sıxışır və özündə sıxıntı keçirir. Buna görə də xərçəng bir qayaya gizlənib üzərindəki sərt qabığı atır və daha böyüyünü inşa edir. Amma nə qədər qabıq böyüsədə xərçəng də böyüyür. Buna görə də öz qabığını hər dəfəsində dəyişdirməyə məcbur olur, dəyişdirdikcə böyüyür.
Dr. Abraham Twerski deyir ki,
Xərçəngin onu böyüməsinə təşviq edən ən birinci qüvvə qabığının onu rahatsız etməsidir. Stresli zamanlar, xərçəng misalındakı kimi insanlar üçün də böyüməyə bir işarədir. Özümüzü rahatsız etməsək,yerimizi dəyişdirməyəcəyik və ya böyüməyəcəyik.