İflas edən ABŞ bankının kredit portfelinin satış prosesi açıqlanıb | Banco.az

İflas edən ABŞ bankının kredit portfelinin satış prosesi açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Signature Bank”ın kredit portfelinin satış prosesi açıqlanıb.

Banco.az xəbər verir ki, ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) yayın sonuna qədər müflis olmuş “Signature Bank”ın kredit portfelinin satışına başlamağı planlaşdırdığını bildirib.

Qeyd olunub ki, iflasa uğrayan bankın 60 milyard dollarlıq kredit portfeli mövcuddur.

Açıqlamada portfelin əsasən kommersiya daşınmaz əmlakı (CRE) və kommersiya kreditlərindən ibarət olduğu, həmçinin daha kiçik yaşayış kreditlərinin də olduğu vurğulanıb.

O cümlədən qeyd olunub ki, FDIC aşağı və orta gəlirli şəxslər üçün yaşayış daşınmaz əmlakını və onun əlçatanlığını qorumaq vəzifəsi daşıyır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram