Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanın kənd təsərrüfatı sahəsində risklərin idarə edilməsi üzrə "Klara" adlı yeni platforma hazırlayıb.
Bu barədə qurumun baş mütəxəssisi Leyla Hüseynli Bakıda keçirilən “Mikromaliyyə Yol Kəsişməsində: Rəqəmsal Erada Dayanıqlı İnkişaf” mövzusunda 6-cı İnvestorlar Yarmarkası çərçivəsində təşkil olunmuş “Rəqəmsal Erada Risklərin İdarə Olunması Perspektivləri” mövzusunda plenar sessiyada məlumat verib.
Onun sözlərinə görə, bu platformanın daxilində 40 məhsul var: “Hər bir məhsul aqrar sektorda risklərin idarə edilməsi üçün Azərbaycan reallığına uyğun mexanizm təqdim edir. “Klara” əməliyyat xərclərini 30-40% azaltmağa imkan verir”.
Yeni platformanın geniş təqdimatı oktyabrın 10-da keçiriləcək.
Report.az