İƏİT Türkiyənin bu ilki artım proqnozunu aşağı salıb | Banco.az

İƏİT Türkiyənin bu ilki artım proqnozunu aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) Türkiyənin 2023-cü il üçün artım proqnozunu aşağı salıb.

Banco.az xəbər verir ki, mənzil-qərargahı Parisdə yerləşən təşkilat özünün "OECD İqtisadi Görünüş, 2023-cü ilin Mart ayı Aralıq Hesabatı"nı dərc edib.

Təşkilat sözügedən hesabatda Türkiyə üçün bu ilki artım proqnozunu 3 faizdən 2,8 faizə endirib. 2024-cü il üçün proqnoz isə 3,8-ə düzəldilib. 

Türkiyənin 2023-cü il üçün başlıq inflyasiyası proqnozunu 44,6 səviyyəsində saxlayan təşkilat bu ilki baza inflyasiyası proqnozunu isə 45,6 faizdən 43,8 faizə endirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram