IEA qlobal neft tələbatı üzrə proqnozunu yüksəldib | Banco.az

IEA qlobal neft tələbatı üzrə proqnozunu yüksəldib

Beynəlxalq Enerji Agentliyi (IEA) 2021-ci ildə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu təxminən 0,1 mln. barel artırıb.

Beləliklə, bu il neftə olan gündəlik tələbat 5,5 mln. barel artaraq 96,5 mln. barel təşkil edəcək.

Hesabata əsasən, proqnozun yüksəldilməsi Şimali Asiya, Avropa və ABŞ-da soyuq hava ilə əlaqələndirilir. Eyni zamanda, intensiv iqtisadi artım və əhalinin vaksinasiyası neftə olan tələbatın artmasına dəstək olacaq.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram