IEA 2023-cü ildə neftə tələbata dair proqnozunu yeniləyib | Banco.az

IEA 2023-cü ildə neftə tələbata dair proqnozunu yeniləyib

Müəllif - Aida İsaq, Banco.az

Beynəlxalq Enerji Agentliyi (IEA) 2023-cü ildə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu yenidən nəzərdən keçirib. 

Banco.az xəbər verir ki, təşkilatın dekabr hesabatına əsasən, müvafiq növ xammala maraq sutkada 1,7 milyon barel artacaq. Bu isə ötən ayla müqayisədə sutkada təxminən 140 milyon barel çoxdur.

Eyni zamanda, indiyədək qlobal neft bazarında təklifin həcmi son beş ayda ilk dəfə olaraq azaldığı qeyd olunur. Azalma sutkada 190 min barel səviyyəsində qeydə alınıb. Hazırda bazarda gündəlik həcm 101,7 milyon barel səviyyəsindədir. Əlavə olaraq, Avropa İttifaqının (Aİ) Rusiya neftinin dəniz yolu ilə nəqlinə tətbiq etdiyi məhdudiyyətlərin növbəti ildə bu göstəricilərə təsirsiz ötüşməyəcəyi vurğulanır. 

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et