İdman üçün ən optimal simsiz qulaqlıqlar hansılardır? | Banco.az

İdman üçün ən optimal simsiz qulaqlıqlar hansılardır?

Müəllif - Aida İsaq, Banco.az

Sağlam həyat tərzi yaşamaq üçün müntəzəm olaraq idmanla məşğul olmaq önəmlidir. Yorğun iş sistemi, gündəlik qayğılarımız və s. bəzən motivasiyamızı azalda bilər. Bunu aradan qaldırmaq üçün hər kəs müxtəlif yollara əl atır. Onlar arasında ən məşhuru eyni zamanda əhvalımızı müsbətə doğru dəyişən metodlardan biri də musiqi dinləyərək idman etməkdir. Bəs küçədə, evdə, zalda və s. yerlərdə idman edərkən müxtəlif şəraitlərə tab gətirəcək, suya davamlı və yüksək keyfiyyətli qulaqlıqlar hansılardır?

Banco.az sizin üçün bu siyahıya daxil olan 5 ən yaşı simsiz qulaqlıqları təqdim edir.

“Apple AirPods Pro”  suya davamlı olmaqla yanaşı, bir dəfə enerjiylə doldurulmaqla 30 saata qədər musiqi dinləməyinizi təmin edəcək.

“Shokz OpenRun” qulaqlıqları küçədə qaçış zamanı ən yaxşı seçiminiz ola bilər. Bu model qulaqları tam örtməyən formada dizayn edilib. Ona görə də həm də ətrafda baş verənləri eşidə bilərsiniz.

“Bose Sport Earbuds” qulaq tıxacını sevənlər üçün tövsiyə olunur. Aksessuar üç müxtəlif ölçüdə qulaq ucları ilə birlikdə təqdim olunur. Model həmçinin 15 dəqiqəlik sürətli enerji doldurmaq funksiyasına da malikdir.

Ən sərfəli kredit üçün müraciət et

“Soundcore by Anker Sport X10 Buds” sıx oturan qulaqlıqlara üstünlük verənlər üçün nəzərdə tutulub. Xüsusi dizaynda hazırlanması sayəsində 210 dərəcə fırlana bilir. Aksessuar bir dəfə enerjiylə doldurulmaqla 32 saata qədər musiqi dinlənilməsini təmin edir.

“Jabra Elite 7 Pro Earbuds” açıq havada, insanların sıx toplaşdığı yerlərdə məşq edənlər üçün mükəmməl variantdır. Səs-küyü aradan qaldırmaq kimi üstünlüyə sahibdir. İstifadəçilərin 30 saata qədər musiqi dinləməsini təmin edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et