İcbari və könüllü sığortanı bir-birindən fərqləndirən prinsiplər hansılardır? | Banco.az

İcbari və könüllü sığortanı bir-birindən fərqləndirən prinsiplər hansılardır?

Sığorta dedikdə  şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsi və ya bölüşdürülməsi nəzərdə tutulur.

Sığоrtа cəmiyyətin ictimаi-iqtisаdi həyаtının bütün tərəflərini əhаtə еtməкlə əhаlinin mаddi rifаhının və sаhibкаrlıq risкinin zəmаnətçisi кimi çıхış еdir, gözlənilməz və fövqəlаdə hаdisələr zаmаnı əmlак mənаfеlərinin qоrunmаsınа, dövlətin mаliyyə sistеminin möhкəmləndirilməsinə təsir göstərir.

 Sığоrtа münаsibətləri məcburi və кönüllü fоrmаlаrdа həyаtа кеçirilir. Məcburi sığоrtа dövlət tərəfindən qаnunvеriciliк əsаsındа həyаtа кеçirilməкlə cəmiyyətin mаrаqlаrının təmin еdilməsi üçün hüquqi və fiziкi şəхslərin sığоrtа еdilməsidir.

 Məcburi sığоrtаdаn fərqli оlаrаq sığоrtаnın кönüllü fоrmаsındа sığоrtаçılаrlа sığоrtа оlunаnlаr аrаsındа müqаvilə кönüllü оlаrаq bаğlаnılır. Qаnunvеriciliyə uyğun оlаrаq кönüllü sığоrtаnın hər bir növü üzrə qаydаlаr müəyyənləşdirilir, dövlət sığоrtа nəzаrəti оrqаnlаrı tərəfindən lisеnziyа vеrilir.

İcbari və könüllü sığortanın əsas prinsipləri.

İcbari sığorta aşağıdakı prinsiplər əsasında tədqiq edilir:

  1. İcbari sığorta qanun əsasında müəyyən edilir. Bu qanuna əsasən, sığortaçı müvafiq obyektləri sığortalamalı, sığortalı isə nəzərdə tutulan sığorta tədiyələrini ödəməlidir. Adətən, icbari sığorta haqqında qanunlar parlament tərəfindən ayrı-ayrı sığorta növləri üzrə müəyyən edilir. Məsələn, respublikamızda sərnişinlərin sığorta haqqı, hərbi qulluqçuların sığorta haqqı, hüquq mühafizə orqanlarının işçilərinin sığorta haqqı, tibbi sığorta haqqı, avtomobil nəqliyyatı sahiblərinin mülkiyyət haqqı, yanğına qarşı sığorta növləri mövcuddur.
  2. Təcrübədə icbari sığortanın tətbiqi əsasən, dövlət sığorta orqanlarına həvalə edilir.
  3. İcbari sığorta qanunlarında göstərilən subyektləri başdan-başa əhatə edir. Bu zaman heç bir obyekt sığorta müqaviləsindən kənarda qala bilməz. Bunu üçün hər bir sığorta orqanları bütün ölkə ərazisi üzrə sığortaya cəlb ediləcək obyektlərin qeydiyyatı işini aparırlar.
  4. Avtomatiklik prinsipi – bu o deməkdir ki, təsərrüfata daxil olan və sığorta qanununun obyekti olan bütün əmlaklar avtomatik olaraq sığortalanmış hesab edilir.
  5. İcbari sığortanın tətbiqi və fəaliyyətdə olması sığorta tədiyələrinin köçürülüb-köçürülməməsindən asılı deyil. Əgər sığortalı ödəniləcək sığorta haqlarını ödəməmişdirsə, onda həmin məbləğ məhkəmə qaydasında tutula bilər. Vaxtında ödənilməyən sığorta tədiyələrinə dəbbə pullu əlavə olunur. Əgər sığorta hadisəsi baş vermişdirsə, onda sığortaçı sığortalıya sığorta ödənişini verməli və ondan ödəməli sığorta tədiyələrini tutmalıdır.
  6. İcbari sığorta üzrə sığorta təminatı normalaşdırılır. Belə normalar işin sadələşdirilməsi məsələsi ilə əmlakın sığorta qiymətindən hesablanır. Məsələn, kənd təsərrüfatı sığortası ilə sığorta təminatı norması 80% qəbul edilir. Bu o deməkdir ki, sığortalıya ödəniləcək sığorta ödənişi dəymiş zərərin 80%-i həcmində ola bilər.

Könüllü sığortanın aşağıdakı prinsipləri vardır:

Ən sərfəli kredit üçün müraciət et

  1. Könüllü sığortada həm qanun əsasında, həm də könüllü şəkildə tətbiq olunur.  Belə ki, qanun könüllü sığortaya ötürülən obyektləri və ən ümumi şərtləri əks etdirir. Konkret şərtlər isə hər bir sığorta şirkətinin özü tərəfindən qəbul edilə və dövlət sığorta nəzarəti tərəfindən təsdiq edilən qaydalar əsasında aparılır. Ayrı-ayrı sığorta şirkətlərinin sığorta qaydaları bir-birindən fərqlənə bilər.
  2. Belə müqavilələrdə könüllülük tam mənasında ancaq sığortalılara şamil edilə bilər. Sığortaçı əgər sığortalının iradəsi qanununa zidd deyildirsə, bu müqavilədən imtina etmək hüququna malik deyildir. Könüllü sığorta hər bir sığortalının mənafeyini, hər bir ölkənin mülki qanunvericiliyi ilə tam həcmdə təmin edir.
  3. Əgər icbari sığortada əmlaklar sığortaya başdan-başa qəbul edilirsə, könüllü sığortada qismən cəlb edilə bilər. Məsələn, sığortalı öz təsərrüfatında olan obyektlərin bir neçəsini və yaxud bir obyektin dəyərinin bir hissəsini sığortalamaq hüququna malikdir.
  4. Könüllü sığorta sığorta müqaviləsinin məhdudlaşdırılmasını nəzərdə tutur. Bu zaman sığorta müqaviləsində sığortanın başlanma və qurtarma vaxtı mütləq qeyd edilir və sığortalıya həmin müddət ərzində sığorta hadisəsindən dəymiş zərər mütləq ödənilir.
  5. Könüllü sığorta ancaq və ancaq növbəti sığorta tədiyəsi köçürüldüyü halda qüvvədə qalır. Növbəti sığorta haqqının köçürülməməsi sığorta müqaviləsinin qüvvədən düşməsi hesab edilir. Bunun üşün könüllü sığorta fasiləsizliyinin ən zəruri şərtlərindən biri sığorta tədiyələrinin vaxtlı-vaxtında ödənilməməsilə bağılıdır.
  6. Könüllü sığortada sığorta təminatının sığorta təminatının səviyyəsi sığortalının arzusundan asılı olaraq müəyyən edilir. Belə ki, əmlak sığortasında sığortalı sığorta məbləğini sığorta qiyməti çərçivəsində müəyyən edə bilər. Şəxsi sığortada isə sığorta məbləği tərəflərin razılığı əsasında müəyyən edilir.