İcbari tibbi sığortanın tamamlanması 2021-ci ilə uzadıldı | Banco.az

İcbari tibbi sığortanın tamamlanması 2021-ci ilə uzadıldı

İcbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddəti uzadılıdı

Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddəti uzadılıb.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında “Tibbi sığorta” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunmalı idi.

Ən sərfəli kredit üçün müraciət et

Dəyişikliyə əsasən, bu müddət 2021-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunacaq.

Layihə plenar iclasda səsverməyə çıxarılaraq qəbul edilib.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et