İcbari sığorta növləri üzrə ödənişlər 17% artıb | Banco.az

İcbari sığorta növləri üzrə ödənişlər 17% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 315,64 milyon manat sığorta haqqı toplanılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,75% azdır.

Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 8,4% artaraq 154,159 milyon manat olub.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 124,123 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 0,4% azdır. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 16,9% artaraq 51,351 milyon manata çatıb.

Beləliklə, 2019-ci ilin yanvar-avqust aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 39,3 manatı qədər ödəniş edilib. Bu rəqəm 2018-ci ilin yanvar-avqust aylarında 33,3 manat olub. Son 1 ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 30,9 manatdan 33,3 manata qalxıb.

Ən sərfəli kredit üçün müraciət et

Həyat sığortası 23% azalıb, qeyri-həyat sığortası isə 3% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 183,716 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 23,4% azdır.

Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 286,083 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 3,2% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 7,7% azalaraq 69,979 milyon manata düşüb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 13,7% artaraq 105,494 milyon manata çatıb.

Beləliklə, 2019-cu ilin yanvar-avqust aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,1 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 36,9 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2018-ci ilin yanvar-avqust aylarında müvafiq olaraq 28,1 manat və 33,5 manat olub. 

renkinq.az

Ən sərfəli krediti almaq üçün müraciət et