2015-ci ilin oktyabr ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə Büronun iştirakçı sığorta şirkətləri tərəfindən 1 172 sığorta tələbi üzrə 1,5 milyon manata yaxın məbləğdə sığorta ödənişi həyata keçirilmişdir.
Zərərin bölgüsü üzrə sığorta ödənişləri aşağıdakı kimi olmuşdur.
2015-ci ilin oktyabr ayında nəqliyyat vastəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 169 manat təşkil etmişdir.
Ümumilikdə 2015-cilin 10 ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə Büronun iştirakçı sığorta şirkətləri tərəfindən 16 030 sığorta tələbi üzrə 19,6 milyon manat yaxın məbləğdə sığorta ödənişi həyata keçirilmişdir.
Oktyabr ayında İcbari Sığorta Bürosu tərəfindən 18 kompensasiya tələbi üzrə 49 550 manat məbləğində kompensasiya ödənişi həyata keçirilmişdir. Ümumilikdə İcbari Sığorta Bürosu tərəfindən yanvar-oktyabr ayları ərzində 84 kompensasiya tələbi üzrə 279 946 manat məbləğində kompensasiya ödənişi həyata keçirilmişdir.