Banco.az xəbər verir ki, İcbari Sığorta Bürosu tərəfindən 29 iyul 2014-cü il tarixdə saat 01 radələrində Kürdəmir rayonu, Babək küçəsində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfat etməsi ilə əlaqədar Azərbaycan Respublikasının vətəndaşına 5000 AZN (beş min manat) məbləğində kompensasiya ödənişi verilib. Kompensasiya ödənişi poçt vasitəsi ilə 14 iyul 2015-ci il tarixdə köçürülüb.