Azərbaycanda avtomobillərin icbari sığortasının elektron qaydada satılması kağız daşıyıcılarına ehtiyacı tam aradan qaldırır. “Report” xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev bildirib.
Bununla belə, onun sözlərinə görə, sığorta şirkətləri vətəndaşlara icbari sığorta şəhadətnaməsini çap edib saxlamağa imkan yaratmalıdır: “Kağız daşıyıcıya ehtiyac olmasa da, kimsə öz şəhadətnaməsini çap edib saxlaya biləcək. Amma bir daha qeyd edim ki, 9707 SMS xidməti sahəsində vətəndaşlar bağladığı sığorta müqaviləsi, onun qüvvədə olması barədə məlumatları əldə edə biləcək və sığorta hadisəsi baş verdikdə, kağız daşıyıcının təqdim edilməsinə ehtiyac olmayacaq”.
Mənbə: Report.az