İcarə haqqı internetlə ödəniləcək – ÖLKƏDƏ İLK DƏFƏ | Banco.az

İcarə haqqı internetlə ödəniləcək – ÖLKƏDƏ İLK DƏFƏ

Azərbaycanda dövlət əmlakının icarə haqqının internetə ödənilməsinə başlanıb. Bu Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) istifadəyə verdiyi “Dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun ödənilməsi” elektron xidməti sayəsində mümkün olub.

Komitənin məlumatına görə, bu interaktiv ödəniş xidmətindən fiziki və hüquqi şəxslər, dövlət orqanları və bələdiyyələr istifadə edə bilər. Qeyd edilməlidir ki, müvafiq sistem vasitəsilə dövlət əmlakının icarə haqqı və ya müamilə borclarının öyrənilməsi də mümkündür.
 
Adı çəkilən elektron xidmətdən istifadə etmək üçün Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlər portalına (www.e-emdk.gov.az) daxil olmaq lazımdır. Mövcud xidmətlər siyahısından 37-ci bölmədə yerləşən “Dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun ödənilməsi” elektron xidməti seçilir. Açılan yeni pəncərədən göstərilən 3 rekvizitdən biri o cümlədən sənəd nömrəsi, qeydiyyat nömrəsi və ya dövlət əmlakının icarəyə verilməsi zamanı istifadəçi ilə bağlanılmış müqavilə üzrə ona təqdim edilmiş “İcarəçinin kodu” elektron müraciət formasına daxil edilir. Dövlət əmlakı ilə bağlı icarə borcunu öyrənən istifadəçi ödə düyməsini sıxaraq ödənişi onlayn qaydada həyata keçirir. İstifadəçi “İstifadə təlimatı” və ya “Reqlament” faylını yükləyərək elektron xidmətdən istifadə qaydaları ilə tanış ola bilər.

Bundan başqa 9193 SMS xidməti vasitəsilə də vətəndaşlar icarə haqqı və ya müamilə borclarını da öyrənə bilərlər.
Əmlak Məsələləri Dövlət Komitəsi  vətəndaşların dövlət rüsumları, xidmət haqları eləcə də əmlakla bağlı digər ödənişləri rahat üsullarla həyata keçirməsi üçün müasir və sürətli idarəetməni təmin edir. Həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində bu sahə tam elektronlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

FED.az

Ən sərfəli krediti almaq üçün müraciət et