Müəllif: Tamara Mustafayeva, Banco.az
“IBM” rexnologiya firması “WatsonX” adlı yeni süni intellekt və məlumat platforması hazırladığını elan edib.
Banco.az xəbər verir ki, “Microsoft” firması tərəfindən dəstəklənən “OpenAI”nin ötən ilin noyabr ayında süni intellektlə işləyən “ChatGPT” çatbotunu ictimaiyyətə təqdim etməsi ilə bir çox texnologiya şirkəti süni intellekt yarışına başlayıb. İndi də bu şirkətlərdən biri ABŞ-ın texnologiya şirkəti “IBM” olub.
Şirkətin baş icraçı direktoru Arvind Krişna media qurumları ilə keçirilən görüşdə süni intellektin bizneslərinə inteqrasiyası üçün şirkətlərə kömək edəcək “WatsonX”i işə saldıqlarını açıqlayıb.
Alman proqram təminatı nəhəngi “SAP” və İspaniyanın “BBVA” bankının “WatsonX”ın ilk müştəriləri arasında olduğunu açıqlayan “IBM” platformanın iyul ayından etibarən geniş ictimaiyyətə təqdim ediləcəyini vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!