IATA aviaşirkətlər üçün mənfəət proqnozunu azaldıb | Banco.az

IATA aviaşirkətlər üçün mənfəət proqnozunu azaldıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

IATA hava yolları üçün 2024-cü ilin dekabr ayına dair proqnozunu 36,6 milyard dollardan 36 milyard dollara endirib.

Banco.az xəbər verir ki, Kanada mərkəzli IATA (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) Yeni Dehlidə keçirilən illik iclasında qlobal hava daşımaları sektorunun maliyyə görünüşünə dair hesabatını yayımlayıb.

IATA hesabatında qeyd olunub ki, hava yolları şirkətlərinin mənfəət gözləntiləri ABŞ-ın başçılığı ilə artan qlobal ticarət gərginlikləri səbəbilə 2024-cü ilin dekabrı üçün əvvəlki 36,6 milyard dollar olan proqnoz 36 milyard dollara endirilib.

Hava daşımaları sahəsində fəaliyyət göstərən şirkətlərin ümumi gəlirlərinin bu il keçən illə müqayisədə 1,3% artaraq 979 milyard dollara çatacağı və bununla da rekord qıracağı gözlənilir. Eyni zamanda, ümumi xərclərin isə aşağı neft qiymətləri fonunda cəmi 1% artaraq 913 milyard dollara çatacağı proqnozlaşdırılır.

IATA dekabr ayında yayımladığı əvvəlki hesabatda şirkət gəlirlərinin 1 trilyon dollara, ümumi xərclərin isə 940 milyard dollara çatacağını proqnozlaşdırmışdı.

Hesabatda həmçinin, 2025-ci ildə ümumi sərnişin sayının əvvəlki illə müqayisədə 4% artaraq 4,99 milyard nəfərə çatacağı və bununla da yeni rekord müəyyən ediləcəyi, ümumi hava yük daşımalarının isə 69 milyon tona çıxacağı proqnozlaşdırılır.

Qeyd edək ki, IATA dekabr ayındakı hesabatında bu il üçün ümumi sərnişin sayının 5,22 milyard, hava yük daşımalarının isə 72,5 milyon ton olacağını təxmin etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram