IAFEI Azərbaycanda keçirilən Beynəlxalq Bankçılıq sərgi-konfransının strateji tərəfdaşı oldu | Banco.az

IAFEI Azərbaycanda keçirilən Beynəlxalq Bankçılıq sərgi-konfransının strateji tərəfdaşı oldu

17-18 Aprel 2018-ci il tarixində Bakı şəhərində “FA International Trade Events” şirkəti tərəfindən təşkil olunan “Rəqəmsal Bankçılıq və Təhükəsizlik”  mövzusunda olan “Beynəlxalq Bankçılıq Sərgi-Konfransı”nda Beynəlxalq Maliyyə Direktorları Assosiasiyası İnstitutları (IAFEI) stratreji tərəfdaşlardan biri kimi iştirak edəcək.

Qeyd etmək lazımdır ki, 1969-cu ildə əsası qoyulan IAFEI-in tərkibinə 18 beynəlxalq maliyyə institutu daxildir. 32 ölkədə fəaliyyət göstərən Beynəlxalq Maliyyə Direktorlar Assosiasiyası İnstutlarının ümumilikdə 12000-dən çox üzvü var.

Sərgi-Konfrans "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin tədbirlər planına istinad olaraq bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin bir hissəsidir və "FA International Trade Events" (www.futureadvantage.events) şirkətinin təşkilatçılığı ilə keçirilir. Tədbir barədə ətraflı məlumatı www.dbs-conference.org saytından əldə etmək olar.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et