Müəllif:Ayşən İmanova/Banco.az
Cənubi Koreyanın ən böyük avtomobil istehsalçısı “Hyundai Motor” 2024-cü ilin üçüncü rübündə xalis mənfəətdə bir qədər azalma, gəlirdə isə artım qeydə alıb.
Banco.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.
Bildirilir ki, xalis mənfəət ötən ilin iyul-sentyabr aylarındakı 3,303 trilyon vonla müqayisədə 3% azalaraq 3,206 trilyon von (2,32 milyard dollar) təşkil edib.
Eyni zamanda, şirkətin gəliri 4,7% artaraq 42,93 trilyon von təşkil edib.
Qlobal avtomobil satışları ötən rübdə 3,2% azalıb, Şimali Amerika satışları isə 9,3% artıb. Şirkət hələ də 2030-cu ildən başlayaraq hər il 2 milyon elektrikli avtomobil satmağı planlaşdırır.
Qeyd edək ki, “Hyundai” səhmləri cümə axşamı ticarətin bağlanışında 5,2% ucuzlaşıb. İlin əvvəlindən şirkətin bazar dəyəri 12,3% artıb.