Müəllif:Ayşən İmanova/Banco.az
Cənubi Koreyanın ən böyük avtomobil istehsalçısı olan “Hyundai Motor”, 2024-cü ilin dördüncü rübündə xalis mənfəətini illik müqayisədə 12% artıraraq 2,474 trilyon vona (1,72 milyard dollar) çatdırıb.
Banco.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.
Bildirilir ki, nəticə “FactSet” tərəfindən sorğu edilən analitiklərin 2,99 trilyon von olan orta proqnozundan daha pis olub.
Şirkətin əməliyyat mənfəəti 17% azalaraq 2,822 trilyon vona, gəliri isə 12% artaraq 46,624 trilyon vona çatıb.
Eyni zamanda, şirkətin avtomobil satışları dördüncü rübdə 2,2%, ötən il isə 1,8% azalıb. 2025-ci ildə “Hyundai” əvvəlki ilki 4,14 milyon avtomobillə müqayisədə 4,17 milyon avtomobil satmağı planlaşdırır. Şirkət həmçinin 3-4% gəlir artımı gözləyir.
Qeyd edək ki, “Hyundai” səhmləri cümə axşamı 0,2% bahalaşıb. Avtomobil şirkətinin bazar dəyəri son üç ayda 8,5% azalaraq 51,8 trilyon von təşkil edib.