Hyundai-ın satış gəlirləri artıb | Banco.az

Hyundai-ın satış gəlirləri artıb

Dünyanın beşinci böyük avtomobil istehsalçısı olan Hyundai, Çin bazarında avtomobil satışlarının azalması ilə ötən ilin dördüncü rübündə 129.8 milyard won (115 milyon dollar) xalis zərər açıqlayıb.

Cənubi Koreyanın avtomobil istehsalçısı "Hyundai Motor Company"nin dördüncü rübdə əməliyyat mənfəəti 35% azalaraq 501.13 milyard won təşkil edib. "Bloomberg"in sorğusuna qatılan ekspertlərin proqnozu 819.96 milyard won idi. Proqnozlar 677.78 milyard won ilə 1.05 trilyon won arasında dəyişirdi.

Avtomobil istehsalçısı dördüncü rübdə 129.8 milyard won xalis  zərər edib. Şirkətin 748.10 milyard won xalis mənfəət açıqlayacağı proqnozlaşdırılırdı. 

Ən sərfəli kredit üçün müraciət et

Həmin dövrdə "Hyundai Motor"un satış gəlirləri 5 faiz artaraq 25.67 trilyon won (22,8 milyard dollar) səviyyəsinə yüksəlib. Bu da 25.87 trilyon won-luk proqnozdan aşağıdır. Proqnozlar 24.22 trilyon won ilə 27.05 trilyon a arasında dəyişirdi.

1 KRW =0.000886927 USD

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et