Bu məşhur avtomobil şirkəti ilk elektrik avtomobilini təqdim etdi | Banco.az

Bu məşhur avtomobil şirkəti ilk elektrik avtomobilini təqdim etdi

Tamara Mustafayeva, Banco.az

Yarış və idman avtomobillərinin istehsalı üzrə məşhurlaşmış İtaliyanın lüks avtomobil brendi Maserati "Ghibli Hybrid" adlandırılan ilk elektrik avtomobilini dünya miqyasında təşkil edilən onlayn təqdimat mərasimi vasitəsilə ictimaiyyətə tanıdıb.

Maserati

Bazara çıxarıldığı 2013-cü ildən bəri 100 mindən çox sayda istehsal edilən "Ghibli" modelinin hibrid versiyası şirkətin tarixindəki ilk elektrik avtomobilidir. 

Şirkətin açıqlamasına görə, sözügedən elektrik avtomobili sentyabr ayından etibarən Turin şəhərində yerləşən Avvocato Giovanni Agnelli adlı fabrikdə istehsal edilməyə başlanacaq.

Qeyd edək ki, İtaliyanın Modena kommunasında fəaliyyət göstərən "Maserati Innovation Lab" (Maserati İnnovasiya Laboratoriyası) daxilində hazırlanan "Ghibli Hybrid" elektrik avtomobili Maserati Dizayn Mərkəzi (Centro Stile Maserati) tərəfindən dizayn edilib.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: İtaliyanın avtomobil nəhəngi Alfa Romeo-nun yaranma hekayəsi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et