“Hyundai” bu ölkədə 2,5 milyard dollarlıq IPO keçirməyi planlaşdırır | Banco.az

“Hyundai” bu ölkədə 2,5 milyard dollarlıq IPO keçirməyi planlaşdırır

Müəllif:Ayşən İmanova/Banbco.az

Cənubi Koreyanın avtomobil istehsalçısı “Hyundai Motor” bu il Hindistan bölməsini 2,5 milyard dollar dəyərində IPO etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, “Hyundai” şirkətin ümumi dəyəri 25 milyard dollar olmaqla, IPO vasitəsilə təxminən 2,5 milyard dollar cəlb etməyi hədəfləyir.

“Hyundai Motor India”nın yaxın iki həftə ərzində prospektin layihəsini tənzimləyiciyə təqdim edəcəyi gözlənilir.

Agentlik qeyd edir ki, əgər IPO baş tutsa, bu, Hindistan fond bazarı tarixində ən böyüklərdən biri olacaq.

Qeyd edək ki, indiyədək rekord 2022-ci ildə IPO zamanı 206 milyard rupi (2,5 milyard dollar) toplayan “Life Insurance Corp of India” sığorta şirkətinə məxsusdur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram