Müəllif: Tamara Mustafayeva, Banco.az
"Hyundai" ABŞ-a 21 milyard dollar sərmayə qoyur.
Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında “Hyundai”ın ABŞ-ın istehsalat sənayesinə 5,8 milyard dollar sərmayə qoyacağını bildirib.
Bu çərçivədə şirkətin Luizianada quracağı fabrikdə ildə 2,7 milyon metrik tondan çox polad istehsal ediləcəyini və 1400-dən çox iş yerinin açılacağını qeyd edən Tramp daha sonra genişləndiriləcək müəssisənin “Hyundai”ın ABŞ-dakı ilk polad fabriki olacağını vurğulayıb.
Tramp bildirib ki, “Hyundai” Alabama və Corciyadakı avtomobil hissələri və avtomobil zavodları üçün polad tədarük edəcək və tezliklə hər il 1 milyondan çox ABŞ istehsalı avtomobil buraxacaq.
Bu sərmayənin gömrük tariflərinin güclü şəkildə işə yaradığını göstərdiyini iddia edən Tramp deyib: “Hyundai poladı Amerikada istehsal edəcək və avtomobillərini Amerikada düzəldəcək. Nəticədə heç bir gömrük rüsumu ödəmək məcburiyyətində qalmayacaq. Bilirsiniz, məhsulunuzu Amerikada istehsal etsəniz, tarif olmur, buna görə də bu qədər insan bura gəlir”.
Bizi sosial şəbəkələrdən izləyin!!