Huawei marağa səbəb olacaq iki yeni smartfon təqdim etdi | Banco.az

Huawei marağa səbəb olacaq iki yeni smartfon təqdim etdi

Parisdə düzənlənən xüsusi təqdimat mərasimində Huawei şirkəti iki yeni flaqman P30 və P30 Pro smartfonlarını təqdim edib.

Huawei P30 modelində displeyin diaqonalı 6,1 düym, P30 Pro modelində isə diaqonal 6,47 düym təşkil edir. Ümumi təsvir ölçüsü eyni olub: 2 340 × 1 080 piksel təşkil edir. Hər iki modeldə barmaq izi skaneri ilə təchiz edilmiş, kiçik damcıvari çıxıntı OLED – matrisadan istifadə edilir.

theverge.com

Yeni modellərin prosessor gücünü daha əvvəl Mate 20 və Mate 20 Pro modellərində tətbiq edilən Kirin 980 modulu təmin edir. P30 modelinin operativ yaddaşı 6 və ya 8 GB, daxili yaddaşı isə 128/256 GB-dir. P30 Pro modelində isə operativ yaddaş 128, daxili yaddaş 256/512 GB təşkil edir. Model nanoSD kart slotu ilə təmin edilib.

P30 modelində batareya tutumu 3 650 mAh, P30 Pro modelində isə 4 200 mAh təşkil edir. Sonuncu USB-C vasitəsilə 40 Vt, naqilsiz isə 15 Vt gücündə enerji yığa bilir.

Əvvəlki modellərdəki kimi, cihazların istehsalında yüksək keyfiyyətli kamera modulu əsas götürülmüşdür.

İstehsalçı, hazırladığı smartfonlarını “superkamerafon” olduğunu və ənənəvi mobil çəkiliş stereotiplərini qırdığını deyib.

Həmçinin oxu: Dünyanın ilk 4 kameralı smartfonu Samsung Galaxy A9 mağazalarda neçəyədir?

Huawei P30 modeli: 40 meqapiksellik (40 MP) əsas kamera modulu, 16 meqapiksellik (16 MP) geniş bucaq və 8 meqapiksellik (8 MP) üç qat optik və 5 qat hibrid zum  “televik”-dən ibarətdir.

Huawei P30 Pro modeli isə: 40 meqapiksellik (40 MP) əsas kamera modulu, 20 meqapiksellik (20 MP) geniş bucaq və 8 meqapiksellik (8 MP) 5 qat optik "pereskopdan" ibarətdir. Hibrid zum 10 qat, rəqəmsal zum isə 50-dir. 

Ən sərfəli kredit üçün müraciət et

theverge.com

Huawei P30 Pro modeli ToF-ötürücüsünə malik olub, ən xırda detalların belə dəqiq şəkildə çəkilişini həyata keçirməyə imkan verir. Bu funksiya eyni zamanda 3D modellərin yaradılması zamanıda tətbiq edilir.

Hər iki smartfonda əsas sensor 40% daha çox işığı fokuslayır. ISO* dəyəri isə P30 Pro modeli üçün maksimim olaraq 409 600 təşkil edir.

ISO - kameranın işığa olan həssaslıq ölçüsüdür. 

Foto üstünlüklərdən başqa istehsalçılar, modellərin video çəkmə qabiliyyətinə də nəzər yetirib. Alqoritmlər tənzimlənib, video çəkiliş eyni anda həm geniş bucaqlı, həm də “televik” kamera ilə aparıla bilər. Bu tip çəkiliş zamanı həm yaxınlaşdıraraq, həm də tam olaraq fokuslayaraq müəyyən səhnəni çəkmək mümkün olacaq.

Huawei P30 və P30 Pro smartfonlarının hər ikisinin frontal kamerası 32 MP olub, AI HDR+ texnologiyası ilə təchiz olunub.

theverge.com

Hər iki smartfon Android 9 Pie bazası əsasında işləyir. Huawei P30 modelinin korpusu, IP53 standartına uyğun su damcıları və tozdan qorunma funksiyası ilə təchiz edilib. Model P30 Pro isə IP68 standartı ilə tam şəkildə xarici təsirlərdən qorunur (toz, nəm).

Huawei, P30 modelini - 799 avro-dan, P30 Pro modelini isə 999 avrodan başlayan qiymətlər ilə istifadəçilərə təklif edəcək. 

Huawei brendinin Rusiya nümayəndəliyi 26 mart tarixində, iki yeni modelin təqdimat mərasimini canlı olaraq yayımlayıb. 

Günel Gözəlova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et