Müəllif:Ayşən İmanova/Banco.az
Çin texnoloji şirkəti “Huawei” öz noutbuklarında “Windows” əməliyyat sistemindən istifadə etməkdən imtina etdiyini təsdiqləyib.
Banco.az xəbər verir ki, bu barədə Huawei İstehlak Biznesinin rəhbəri Riçard Yu bildirib.
Onun sözlərinə görə, şirkətin noutbuklarının növbəti nəsli əvvəlcədən quraşdırılmış “HarmonyOS” proqramı ilə buraxılacaq.
Məlumata görə, bu addım ABŞ-nin 2019-cu ildə “Huawei”yə qarşı tətbiq etdiyi sanksiyalara cavab ola bilər.
Şirkət qara siyahıya salınıb və o vaxtdan qabaqcıl texnologiyaya, çip istehsalı alətlərinə və müasir proqram təminatına daxil olmaqda çətinlik çəkir. Nəticədə “Huawei” xarici komponentlər olmadan öz əməliyyat sistemini inkişaf etdirərək müstəqil olmağı hədəfləyir.
Yu qeyd edib ki, şirkət çoxdan xarici komponentlərdən asılılığını azaltmağa başlayıb. O əlavə edib ki, “Huawei” hələ də bəzi Amerika texnologiyalarından istifadə edir, lakin hazırda onlardan tamamilə imtina etməyə çalışır.
Bizi sosial şəbəkələrdən izləyin!!