Huawei-dən növbəti addım - Temperatur ölçən yeni smartfon | Banco.az

Huawei-dən növbəti addım - Temperatur ölçən yeni smartfon

Tamara Mustafayeva, Banco.az

Çinin texnologiya nəhəngi Huawei koronavirus pandemiyası zamanı temperaturun ölçülməsi üçün termometrdən istifadə etmək əvəzinə birbaşa yeni buraxdığı mobil telefona bu xüsusiyyəti əlavə edib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Huawei şirkətinin yeni Honor Play 4 adlı smartfonu arxa kamera zolağında temperatur ölçən sensora malikdir. Bununla da arxa kameranı kiminsə alnına yaxınlaşdırdıqda asanlıqla həmin şəxsin temperaturunu ölçür.

Covid-19 pandemiyasının başlaması ilə birlikdə infraqırmızı termometrlər (lazer termometrləri) hava limanlarında və digər ictimai məkanlarda insanları təmassız yoxlamaq üçün istifadə edilməyə başlandı. Bununla yanaşı, fərdi istifadəçilər üçün telefonların içərisindəki bu funksiya əlavə vasitəyə ehtiyac duymadan hər zaman yanınızda belə bir termometr olmasını təmin edir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: 2020-ci ildə ağıllı telefon satışları nə qədər azaldı?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et