“Honda” bu avtomobil nəhənginə onun törəmə şirkəti olmasını təklif etdi | Banco.az

“Honda” bu avtomobil nəhənginə onun törəmə şirkəti olmasını təklif etdi

Müəllif:Ayşən İmanova/Banco.az

Yaponiyanın avtomobil istehsalçısı “Honda Motor” daha bir yerli avtomobil istehsalçısı olan “Nissan Motor”a onun törəmə müəssisəsi olmasını təklif edib.

Banco.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Xatırladaq ki, ötən ilin dekabrında rəsmi olaraq elan edilən ilkin plan, ortaq holdinq şirkəti yaratmaqla iki korporasiyanın biznesinin inteqrasiyasını nəzərdə tuturdu. “Nissan”ın bu təklifə necə cavab verməyi planlaşdırdığı hələlik məlum deyil.

İki böyük yapon konserninin güman edilən ittifaqı yerli analitiklər tərəfindən elektrikli avtomobillərin satışında Çin avtomobil istehsalçıları ilə artan rəqabətə cavab kimi qiymətləndirilir. Birləşmə baş verərsə, qlobal avtomobil sənayesində, Yaponiyanın “Toyota” və Almaniyanın “Volkswagen” şirkətlərindən sonra, dünyanın üçüncü ən böyük korporasiyası meydana çıxacaq. Mütəxəssislərin fikrincə, belə bir addım qlobal elektromobil bazarında lider olan Amerikanın “Tesla” və Çinin BYD şirkətləri ilə daha aktiv rəqabət üçün investisiya cəlb edəcək