Hökumət siyasi partiyaların maliyyə hesabatının forması və məzmununu təsdiqləyəcək.
Bu, Prezident İlham Əliyevin “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun tətbiqi və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.
Fərmanla Nazirlər Kabinetinə üç ay müddətində Qanunun 27.4-cü maddəsinə uyğun olaraq, siyasi partiyanın maliyyə hesabatının formasını, məzmununu və təqdim edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək tapşırılıb.
report
Bizi sosial şəbəkələrdən izləyin!!